Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Miliband yenidən xarici işlər naziri vəzifəsinə qayıda bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “The Observer” qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, Endi Bernem öz administrasiyasında Milibendə yüksək vəzifə vermək variantını fəal şəkildə nəzərdən keçirir:
“Variantlardan biri Milibendi Lordlar Palatasında yer verməklə xarici işlər naziri təyin etməkdir. Bu, vaxtilə Rişi Sunakın Devid Kemeronu nazir təyin edərkən istifadə etdiyi modelə tam uyğundur”.
Qəzet qeyd edir ki, hələlik yekun qərar verilməsə də, Bernem xarici işlər naziri postunda beynəlxalq nüfuza malik bir şəxsi görmək istəyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:43 / 28.06.2026
Keçmiş vəzifəsinə qayıda bilər
Hazırda oxunan: Keçmiş vəzifəsinə qayıda bilər
Hazırda oxunan: Keçmiş vəzifəsinə qayıda bilər
622075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































