Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Hazırda oxunan: Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

622056

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrail liderlərinin son bəyanatlarına kəskin reaksiya verib. O, Qərb rəhbərlərinin İrana qarşı yönəlmiş hücumlarla fəxr etməsini rəsmi Tehranın hüquqi addımlar atması üçün əsas yaratdığını bildirib.

Bizim.Media xəbər verir ki, Ali Rəhbərin sözlərinə görə, Qərb liderlərinin öz hərbi hücumları ilə qürurlanması İrana ədalətin bərpası uğrunda mübarizə aparmaq üçün tam hüquqi baza təmin edir:

"Qərb liderlərinin bu hücumlarla fəxr etməsi bəyanatları, faktiki olaraq İrana qarşı törədilmiş cinayətlərin açıq şəkildə etiraf olunmasıdır".

Eyni zamanda bildirilir ki, gələcəkdə bu növ hadisələrin və hücumların qarşısını almaq məqsədilə hazırda ölkədə "40 günlük müharibə" nəticəsində dəymiş ümumi ziyanın hesablanması prosesi davam etdirilir. Hazırlanacaq hesabatın beynəlxalq hüquqi müstəvidə əsas sənəd kimi istifadə olunacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO