Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO
622132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.

Bizim.Media xəbər verir ki, Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.

Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.
 

Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir.


Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.

Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.

Daha sonra festival çərçivəsində keçirilən “Xeyirxahlıq Marafonu”nun qaliblərinin mükafatlandırma mərasimi olub.

Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər “Ən səmimi təşəkkür”, “Xeyirxah əməllər mükafatı”, “Ən yaxşı ekoloji təşəbbüs” və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.

Yüksək əhval-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.

Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, “Birgə və Sağlam” Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, “İZ Community”, “Kashalata” və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 1
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 2
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 3
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 4
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 5
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 6
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 7
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 8
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 9
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 10
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 11
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 12
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 13
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 14
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 15
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 16
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 17
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 18
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 19
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 20
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 21
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 22
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 23
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 24
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 25
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 26
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 27
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 28
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 29
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 30
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 31
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 32
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO - foto 33

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO