Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Hazırda oxunan: Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

622100

Sumqayıtda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan 07" markalı minik avtomobili naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq yol kənarında fəaliyyət göstərən restoranın binasına çırpılıb.
 

Qəza nəticəsində obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib.


Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. (Teleqraf.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO