Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Hazırda oxunan: Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?
622067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyanın istefa verən Baş naziri Kir Starmer 2028-ci ildə NATO-nun baş katibi olmaq üçün namizəd ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Observer” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Onun 2028-ci ildə boş qalan NATO Baş katibi vəzifəsi ilə maraqlandığı barədə məlumatlar var", - qəzet yazır.

Qeyd olunur ki, buna nail olmaq üçün baş nazir vəzifəsindən ayrıldıqdan sonra İcmalar Palatasında Leyborist millət vəkili olaraq qalmalı olacaq.

Həmçinin, alyansa rəhbərlik etmək üçün Londonun dəstəyinə ehtiyac duyacağı üçün ehtimal olunan varisi Endi Börnhemlə yaxşı münasibətini qoruyub saxlamalıdır.

Qeyd edək ki, Starmer iyunun 22-də hakim Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayaraq yeni lider seçilənə qədər Baş nazir olaraq qalacağını bildirib.

NATO-ya hazırda Niderlandın sabiq Baş naziri Mark Rutte rəhbərlik edir. O, 2024-cü ildə dörd illik müddətə alyansın baş katibi vəzifəsinə seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO