“Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar”.
Bizim.Media xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
Səhhətindən danışan diktor bildirib:
“Harasa getməyə halım olmur. Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Təzyiqim yüksək olur. İynələr vurulur, heç nə təsir etmir. Əhvalım çox pisdir. Yaşlı adamın əhvalı necə olar... Halım heç yoxdur. İstilər də məni bir tərəfdən əldən salıb”.
Ofeliya Sənani 85 illiyini qeyd etməsindən də danışıb:
“Mən heç vaxt ad günü keçirməmişəm, acığım gəlir. Bu il övladlarım etdi. Mən yay-qış deməmişəm, həmişə işləmişəm. Nə istirahətə, nə də doğum günlərinə vaxtım olub”.
Xatırladaq ki, Ofeliya Sənani ötən ay 85 yaşını qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:57 / 28.06.2026
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani
Hazırda oxunan: “Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani
Hazırda oxunan: “Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani
622078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































