Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Hazırda oxunan: Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi
622044
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DÇ-2026 zamanı verdiyi qərarlarla ciddi müzakirələrə səbəb olan baş məşqçi Vinçenzo Montella ilə əməkdaşlığı davam etdirmək qərarına gələn Türkiyə Futbol Federasiyası (TFF) yığmada bir sıra dəyişikliklər etməyə hazırlaşır.

Bizim.Media "Takvim" nəşrinə istinadən xəbər verir ki, TFF rəhbərliyi ilə italiyalı mütəxəssis arasında keçirilən görüşlərdə UEFA Millətlər Liqası oyunları ərəfəsində komandanın strukturunda və oyun fəlsəfəsində müəyyən dəyişikliklərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
 

Məlumata görə, Vinçenzo Montellanın məşqçilər heyətində dəyişiklik ediləcək. Komandaya mütləq təcrübəli mentorun cəlb olunacağı, həmçinin atletik hazırlıq üzrə məşqçilər korpusunda da yeniliklərin edilə biləcəyi bildirilir.


Bundan əlavə, Montellanın yaxşı formada çıxış edən yeni futbolçulara daha çox şans verəcəyi vurğulanır. DÇ-2026 zamanı ciddi tənqidlərə məruz qalan nominal mərkəz hücumçusu olmadan oynamaq sistemi də yenidən nəzərdən keçiriləcək. Komanda ya fərqli taktiki sxemə keçəcək, ya da italiyalı mütəxəssis klassik mərkəz hücumçusundan istifadə variantına üstünlük verəcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da keçirdiyi üç oyundan cəmi 3 xal toplayaraq qrupu sonuncu pillədə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO