Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Hazırda oxunan: Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

622111

Azərbaycanda bəzi şəxslər xidmətə çağırıldıqda onun işinə xitam verilirsə, ona əlavə müavinət veriləcək.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanunda əksini tapıb.
 

Qeyd olunub ki, diplomatik xidmətə "müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda" maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.


Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO