Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Hazırda oxunan: Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

622122

Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb.

Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Məlumata görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
 

İ.Fyodorov bildirib ki, Rusiya qoşunları bir sutka ərzində Zaporojye vilayətinin 45 yaşayış məntəqəsinə 973 zərbə endirib. Zaporojyedə, eləcə də Zaporojye və Poloq rayonlarında hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.


Bundan əlavə, vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördüyünə dair 249 məlumat daxil olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO