İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Hazırda oxunan: İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

622097

İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotriç İordan çayının qərb sahilində (Fələstin ərazilərində) yəhudi məskunlaşma yerlərinin kəskin şəkildə genişləndirilməsinin zəruriliyi barədə növbəti qalmaqallı bəyanatla çıxış edib. Nazir bölgədə demoqrafik və təhlükəsizlik balansını tamamilə dəyişməyi hədəflədiklərini bildirib.

Bizim.Media xəbər verir ki, Smotriç daxili təhlükəsizlik risklərinə toxunaraq Qərb sahilində nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:
 

"HƏMAS bir anın içində Qərb sahilini ələ keçirə bilər – biz onun Qəzza zolağında nəzarəti necə sürətlə ələ keçirdiyini görmüşük. Bunun qarşısını almaq üçün Qərb sahilinə 1 milyon yeni “məskunlaşan” (yəhudi köçkünü) gətirmək istəyirik".


Xatırladaq ki, Betsalel Smotriç bundan əvvəl də İordan çayının qərb sahilində onlarla yeni yaşayış məntəqəsinin salınması və milyardlarla dollar büdcə ayrılması barədə layihələr təqdim edib.

Beynəlxalq birlik və BMT isə bu cür addımları və fələstinlilərə məxsus torpaqlarda yəhudi məskunlaşma düşərgələrinin qurulmasını beynəlxalq hüquqa zidd və regionda sülhə ən böyük maneə kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO