Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Hazırda oxunan: Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU
622131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib.
 

İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi "beşbarmaq" və bıçaqla R.Rəhimova zərbələr endirib. Xəstəxanaya yerləşdirilən R.Rəhimov orada ölüb.


R.Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO