Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

622053

Ötən gün Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb:

"Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) iyunun 27-də, saat 17:10-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunan iki nəfərə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra öz istəkləri ilə özəl tibb müəssisəsinə təxliyə olunublar.

Travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunan 2006-cı il təvəllüdlü şəxsin isə göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00-da ölüm faktı qeydə alınıb". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO