Ağdərə qəzasında xəsarət alanların ADLARI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

Hazırda oxunan: Ağdərə qəzasında xəsarət alanların ADLARI

622006

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 28.06.2026-cı il tarixində saat 09:30 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var


Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alan şəxslərin siyahısı:

Həcər Əli qızı Həsənova (1989-cu il təvəllüdlü);

Raidə Bəxtiyar qızı İmanova (1984-cü il təvəllüdlü);

Minarə Elnur qızı Babayeva (2011-ci il təvəllüdlü);

Hüseyn Pərviz oğlu İmanov (2018-ci il təvəllüdlü);

Nərgiz Əmrah qızı Hacıyeva (1966-cı il təvəllüdlü).

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO