Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Hazırda oxunan: Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

622051

Rusiyanın cənub regionlarında tüğyan edən çəyirtkə sürüsü artıq Dağıstan Respublikasına da çatıb. "SHOT" teleqram kanalının yaydığı məlumata görə, milyonlarla zərərverici həşərat xüsusilə magistral yollarda hərəkəti çətinləşdirib.

Bizim.Media xəbər verir ki, çəyirtkə sürüsü Artezian qəsəbəsi ilə Koçubey kəndi arasındakı avtomobil yolunda qeydə alınıb.

Yolda hərəkət edən sürücülər və sərnişinlər qorxulu anlarla üzləşiblər. Həşəratlar kütləvi şəkildə avtomobillərin ön şüşələrinə çırpıldığı üçün insanlar zərərvericilərin salona daxil olmasının qarşısını almaq məqsədilə pəncərələri təcili bağlamaq məcburiyyətində qalıblar.
 

Yerli sakinlərin rəyinə görə, çəyirtkələr Dağıstana qonşu Kalmıkiya Respublikasından gəlib. Çünki Kalmıkiyada artıq bir neçə müddətdir ki, analoji kütləvi istila davam edir. Dağıstanın müxtəlif rayonlarının sakinləri həşəratların torpağın və yolların üzərini sanki bütöv bir "xalça" kimi bürüdüyündən şikayətlənirlər.


Qeyd edək ki, bundan əvvəl Kalmıkiya Respublikası ilə yanaşı Rostov vilayətində də analoji çəyirtkə axını qeydə alınmışdı. Həmin bölgələrdə də həşəratlar bütün yolları ucdantutma bürüyüb.

Yerli kənd təsərrüfatı işçiləri və sıravi vətəndaşlar milyardlarla zərərvericinin tarlalardakı bütün məhsulu və məhsuldar sahələri tamamilə məhv edəcəyindən ciddi narahatlıq keçirirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO