“Keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi prioritet istiqamətlərdən biridir”.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün “Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 337 hakimliyə namizədin iştirakı ilə növbəti test imtahanı keçirilir:
“İmtahan beynəlxalq və yerli müşahidəçilərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə təşkil olunub. Namizədlər nəticələrini imtahanı başa vurduqdan dərhal sonra əldə edəcəklər. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq”.
K.Mansurov qeyd edib ki, həmçinin hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb:
“Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərin nəticələr elan ediləcək, müvafiq nəticələr və namizədlərin ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim ediləcək”.
Aparat rəhbərinin sözlərinə görə, hazırda ölkəmizdə 705 hakim fəaliyyət göstərir:
“Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. 2023-cü ilin əvvəlindən hazıradək 254 yeni hakim vəzifəyə təyin olunmuşdur. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:12 / 29.06.2026
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
Hazırda oxunan: Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
Hazırda oxunan: Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
622113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ

09:59
Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

09:26


































































































