Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Hazırda oxunan: Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

622096

Rusiya Prezidenti Vladimir Putin ordunun Ukrayna cəbhəsindəki irəliləyişi ilə bağlı növbəti iddialı bəyanatla çıxış edib. Rusiya rəhbəri bəzi istiqamətlərdə hücum xəttinin genişləndiyini və hazırda Rusiya Silahlı Qüvvələrinin Sumı şəhərinə qədər olan məsafəsinin cəmi 10,5 kilometr təşkil etdiyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, Ukraynanın müharibəni və cəbhədəki real vəziyyəti yaxından monitorinq edən "DeepState" analitik resursunun xəritələrində də sözügedən "on kilometrlik" məsafəni və rus qoşunlarının irəliləmə coğrafiyasını vizual olaraq görmək mümkündür.

Eyni zamanda, Rusiya Federasiyasının başçısı Ukraynadakı hərbi əməliyyatların ( "Xüsusi Hərbi Əməliyyat") son və yekun hədəfi barədə danışarkən ritorikasında müəyyən dəyişiklik edib. O, artıq prosesin yekun və əsas tapşırığının "Donbas və Novorossiyanın tam azad edilməsi" olduğunu bəyan edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO