Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO

Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO

Hazırda oxunan: Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO
243508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq üç gündür ki, Şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala bölgəsində yağışlı hava davam edir.  

Əgər əvvəlki iki gündə sakit çiskinli yağış yağırdısa ötən gündən başlayaraq yağışlar intensivləşib. 
 

Mütəxəssislər hesab edir ki, yaz yağışları ilk növbədə əkin sahələri üçün əsl məlhəmdir. Taxıl və arpanın inkişaf dövrü olduğundan indi sahələrdə bu məhsullarının kök sistemi daha yaxşı inkişaf edəcək, gələcək baza üçün nəmlilik yaradacaq.  


Yağışlı və çiskinli havanın xüsusən temperaturun 20-23 dərəcədən 6-8 dərəcəyə enməsi əsasən hazırda çiçəkləyən və çiçəkləmə fazasında olan albalı, gilas, alma və digər meyvələrin gələcək məhsulu üçün xeyli problemlər yarada bilər. Mütəxəssislər hesab edir ki, son günlər havanın kəskin soyuması bəzən kəskin və dumanın müşahidə olunması çiçəkləyən meyvə ağaclarına ciddi təsir göstərə bilər. Ona görə mütləqdir ki, növbəti günlər aqrotexniki qulluq qaydalarına riayət etsinlər. 

Dövlət Yol Polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə tövsiyə edir ki, bölgənin magistral və yollarında ehtiyatlı olsun, sürət həddini keçməsinlər. 

Həftəsonu Şəki-Zaqatala bölgəsinə səfər edənlərin mütləq çətirlərini və qalın geyimləri götürmələri tövsiyə edilir. 



Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO - foto 1
Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO - foto 2
Şimal-qərb bölgəsinə səfər edənlərə XƏBƏRDARLIQ – FOTO/VİDEO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO