Bayden Trampın sui-qəsd cəhdindən sonra xalqa müraciət etdi: “Vəziyyət çox gərgindir” – VİDEO  

Bayden Trampın sui-qəsd cəhdindən sonra xalqa müraciət etdi: “Vəziyyət çox gərgindir” – VİDEO  

Hazırda oxunan: Bayden Trampın sui-qəsd cəhdindən sonra xalqa müraciət etdi: “Vəziyyət çox gərgindir” – VİDEO  
202071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı Amerika xalqına müraciət edib. 

Bizim.Media xəbər verir ki, o, müraciətində ABŞ-da keçiriləcək seçkilər ərəfəsində siyasi parçalanmaların gücləndiyini bildirib. 

“Hələlik atəş açanın motivlərini, fikirlərini, yardım alıb-almadığını və ya dəstəkləndiyini, kimləsə danışıb-danışmadığını bilmirik.

Hüquq-mühafizə orqanları bu məsələləri araşdırır. Mən bildiklərim barədə danışmaq istəyirəm. Eks-prezidentə atəş açılıb. Bilirsiniz ki, ölkədə siyasi vəziyyət çox gərgindir. Artıq sakitləşməyin vaxtıdır. Bunu etmək bizim hamımızın məsuliyyətidir. Bəli, bizim çox fərqliliklərimiz var. Bu seçkilərdə mərc yüksəkdir. Edəcəyimiz seçim gələcək onilliklər ərzində Amerikanın və bütün dünyanın gələcəyini formalaşdıracaq” – Bayden deyib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO