“15 sentyabr yalnız Bakının deyil, bütün Azərbaycanın xilasıdır”x9d

“15 sentyabr yalnız Bakının deyil, bütün Azərbaycanın xilasıdır”x9d

Hazırda oxunan: “15 sentyabr yalnız Bakının deyil, bütün Azərbaycanın xilasıdır”x9d

95326

Azərbaycanda hər il 1918-ci ilin 15 sentyabr tarixi ”“ Bakının rus-erməni silahlı qüvvələrindən Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi günü xalq tərəfindən sevgi və qürur hissi ilə anılsa da, dövlət səviyyəsində həmin günün xüsusi təntənə ilə qeyd edilməsi həyata keçirilmir. Halbuki, 15 sentyabr tarixinin əhəmiyyətini izah etməyə ehtiyac yoxdur və bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi coşğu və iftixarla qeyd edilməlidir.

Maraqlıdır, hər il 15 sentyabr - Bakının işğaldan azad edilməsiylə bağlı dövlət səviyyəsində təntənəli tədbirin keçirilməməsi nə ilə bağlıdır? Bu, tarixə qarşı qısqanclıqdır, yoxsa unutqanlıqdan qaynaqlanan hörmətsizlik?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi-pedaqoq Dilavər Əzimli bunun bir neçə səbəbi olduğunu vurğuladı:

15 sentyabr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Əslində, Bakının deyil, Azərbaycanın xilasıdır. Hesab edirəm ki, həmin gün olmasaydı, Azərbaycan Cumhuriyyəti də olmayacaqdı. Azərbaycan Cumhuriyyəti olmasaydı, Azərbaycan Sovet Respublikası da olmayacaqdı. Bu, çox ciddi məsələdir. Onun mənasını dərinliyi ilə anlamırlar.

Həmin gün bizim ən müqəddəs günümüz olmalı, dövlət səviyyəsində böyük tədbirlər keçirilməlidir. Hesab edirəm ki, ilk növbədə bunun mənasının dərinliyi ilə dərk etmirlər. Güman edirlər ki, belə də, adi bir hadisədir.

Hesab edirəm ki, ikinci səbəb milli qüvvələrin hakimiyyətdə təmsilçiliyinin demək olar ki, olmamasıdır. Bunun da nəticəsi göz qabağındadır. Bir də elə insanlar vardır ki, onlar da doğrudan da qısqanclıq vardır. Bunlar hətta mərhum Heydər Əliyevin sözlərini də unudurlar: "Bir millət, iki dövlət". Bunu unutmasaydılar, belə etməzdilər. Amma buna baxmayaraq, xalq öz işini görür. Həmin gün Türkiyə mehmetciklərinin məzarları qərənfillərə bürünür. Sentyabrın 13-də biz də-Bütöv Azərbaycan Ocaqları olaraq Şamaxı yaxınlığıdakı Türkiyə mehmetciyinin məzarını ziyarət etdik. Yəni, xalq həmişə bu günü yad edir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO