“Formula 1”də tribunaların bütün biletləri satıldı

Hazırda oxunan: “Formula 1”də tribunaların bütün biletləri satıldı

132504

“Formula 1 Azərbaycan Qran Prisi”nin 12 tribunasının bütün biletləri alınıb.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib.

Məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi “2023 Formula 1 Azərbaycan Qran Prisi”nə bütün tribuna biletləri satılıb.

Qeyd edək ki, 28-30 aprel tarixlərində baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq. Yarış həftəsonunda dünyanın dörd bir yanından gələn turistlər “Formula 1 Azərbaycan Qran Prisi”ndə öz ölkəsini azarkeş qismində təmsil edəcək. 

Azarkeşlər üç gün davam edəcək yarışdan sonra Bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar. 

28 aprel, cümə günü start götürəcək “Formula 1 Azərbaycan Qran Prisi” bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan “Azərbaycan Qran Prisi” bazar günü baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO