Formula 1: “Haas” komandası yeni loqosunu təqdim etdi

Formula 1: “Haas” komandası yeni loqosunu təqdim etdi

Hazırda oxunan: Formula 1: “Haas” komandası yeni loqosunu təqdim etdi

113101

ABŞ-ın Formula 1 komandası “Haas” yeni loqosunu təqdim edib.

Bizim.Media xəbər verir ki, loqo komandanın adı ilə baş sponsor “MoneyGram” maliyyə şirkətinin vəhdəti şəklində hazırlanıb.

Yeni mövsümdən komanda rəsmi olaraq “MoneyGram Haas F1” kimi tanınacaq.

Əvvəllər “Haas”ın sponsoru “Uralkali” olub. Rusiya şirkəti ilə müqaviləyə ötən ilin martında Ukrayna ətrafında baş verən hadisələr fonunda xitam verilib.
“Haas” Formula 1-də keçən mövsüm 38 xalla Konstruktorlar kubokunda səkkizinci yeri tutub. 2021-ci il mövsümündə isə komanda xal qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO