
- A-
- A
- A+
Ekskluziv
17:41 / 09.03.2023
4 dəq oxunma
"Ana, mən heç vaxt əsir düşməyəcəyəm..." - FOTO/VİDEO
Hazırda oxunan: "Ana, mən heç vaxt əsir düşməyəcəyəm..." - FOTO/VİDEO
609236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Mən atamın necə qətlə yetirildiyini gözlərimlə görmüşəm..."
"Ukraynalı döyüşçünün Vətəni naminə öz ölümünü ləyaqətlə, azacıq qorxu hissi olmadan qəbul etməsi əbədi xatirələrdə qalacaqdır...
"Rusiya özünə görə utanıb xəcalət çəkməlidir..."
Güllələnən ukraynalı əsir barədə tam məlumat üzə çıxıb...
Ukrayna Silahlı Qüvvələrinin "Şimal" ərazi müdafiə qüvvələrinin regional idarəsi rusiyalı əsgərlərin kameraya "Ukraynaya eşq olsun" şüarını səsləndirəndən sonra güllələdiyi ukraynalı əsirin şəxsiyyəti barəsində ilkin məlumatları təkzib edib.
Moderator.az xəbər verir ki, Ukraynanın "Cycпiльне" telekanalı həlak olan hərbi qulluqçunun anası ilə vudeomüsahibə dərc edib.
Hərbçilərin məlumatlarına görə, həmin videoda həlak olan Çerniqov vilayəti ərazi müdafiəsinin 119-cu əlahiddə briqadası, 163-cü taborunun döyüşçüsü Aleksandr Matsiyevskidir.
Güman edilir ki, Aleksandr 2022-ci il dekabrın 30-da Soledar ətrafında əsir düşüb. O, dörd yoldaşı ilə birgə mövqeyə yerdəyişmə zamanı rusiyalılar ilə döyüşə girib. Düşmən qüvvələri sayca bir neçə dəfə ukraynalı hərbçilərdən çox olub. Dekabrın 30-da saat 12 radələrində qrup ilə əlaqə
və vizual təmas kəsilib.
"Kömək üçün onların mövqelərinə minaatanlardan fasiləsiz atəşlər və atıcı silahlardan açılan sıx atəş səbəbindən yarıb keçmək mümkün olmayıb. Biz sonadək o döyüşün təfərrüatlarını bilmirik. Kimin və necə həlak olması bəlli deyil, Aleksandrın da necə əsir düşdüyü bəlli deyil, təəssüf ki, şahidlər qalmayıb, hamısı həlak olub və ya itkin düşüb", - ərazi müdafiə idarəsi əlavə edib.
Onlar dəqiqləşdirib ki, videoda hərbçini anası Praskovya və 19 yaşlı oğlu Mixail, habelə Matsiyevskinin xidmət etdiyi bölməsindən döyüş yoldaşları tanıyıb.
Aleksandr 10 may 1980-ci ildə Moldovada anadan olub, orada orta məktəbi və elektrotexniki kolleci bitirib. Sonradan ailəsi Çerniqov vilayətinin Nejin şəhərinə köçüb.
Rusiyanın hərbi müdaxiləsindən öncə Matsiyevski Kiyevdə elektrik montyoru işləyib. Müharibə başlanandan sonra könüllü olaraq Nejinin ərazi müdafiəsinə yazılıb. Dekabrda tabor şərqə göndərilib,
Aleksandr bu barədə anasına deməyib, dekabrın 29-da sonuncu dəfə anası ilə telefonla danışıb və deyib: "Ana, mən heç vaxt əsir düşməyəcəyəm!". O zaman Praskovya Mixaylovna anlayıb ki, oğlu cəhbədədir. Növbəti günlər Aleksandr telefona cavab verməyib.
Matsiyevskinin cənazəsi Rusiya ilə Ukrayna arasında mübadilə çərçivəsində ailəsinə təhvil verilib. Qohumları onu Kiyevin meyitxanasında tanıya bilib. Fevralın 14-də Aleksandr Matsiyevski Nejindəki qəbiristanlıqda dəfn edilib.
Anası xatırlayır: "Sosial şəbəkədə oğlumun həlak olması videosunun üzə çıxması ilə mənim qəlbim yarılıb, bu, mənim Saşam idi".
Sonra isə "Şimal" regional idarəsinə Aleksandrın oğlu zəng vurub göz yaşları içində qışqırıb: "Mən atamın qətlə yetirilməsini gözlərimlə görmüşəm!".
"Anası öz oğlunu yaxşı tanıyır. Onun davranışı bütün dünyanı dolaşıb və onun kimliyini səxciyyələndirir. O, əmindir ki, döyüş yoldaşları onun qisasını alacqdır", - idarə yazıb.
"Ana oğulsuz, oğul atasız qalıb. Amna ukraynalı döyüşçünün Vətəni naminə öz ölümünü necə ləyaqətlə, azacıq qorxu olmadan qəbul etməsi əbədi xatirələrdə qalacaqdır", - ərazi müdafiəsi idarəsi bəyan edib.
Xatırladaq ki,martın 6-da sosial şəbəkələrdə ukraynalı əsirin videosu yayılıb. Kadrlarda kamuflyajda olan kişi dərin olmayan çalada dayanaraq siqaret çəkir. Kadr arxasında səs eşidilir: "Onu çək". Kişi "Ukraynaya eşq olsun" şüarı səsləndirir, bundan sonra o, avtomatdan atılan güllələrlə qətlə yetirilir. Bunun ardınca kadr arxasında səs eşidilir: "Belə gəbərəsən!"
Bu kadrlar Ukraynanı və bütün dünyanı şoka salıb. Ukrayna rusiyalılar tərəfindən əsir hərbi qulçuqçunun qətli faktı ilə bağlı araşdırmaya başlayıb. Ukraynanın baş diplomatı Dmitri Kuleba həm də Beynəlxalq Cinayət Məhkəməsində müvafiq araşdırma aparılmasına çağırış edib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bəyan edib ki, bu "dəhşətli video" haqqında Ağ evə yaxşı məlumdur.
"Ukraynaya eşq olsun" sözlərindən sonra silahsız ukraynalının edam edilməsi kadrları öz barbarlığı ilə heyrət doğurur, - Prays Dövlət Departamentində brifinqdə deyib. - Rusiya özünə görə utanıb xəcalət çəkməlidir".
BMT-nin insan haqları üzrə İdarəsi Matsiyevskinin qətlini əks etdirən videonun ilkin ekspertizasını keçirib və bəyan edib ki, onun həqiqiliyi şübhə doğurmur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































