
- A-
- A
- A+
COP29
12:00 / 15.01.2025
1 dəq oxunma
COP29 könüllülərinə xüsusi pul mükafatı ayrıldı – FOTO
Hazırda oxunan: COP29 könüllülərinə xüsusi pul mükafatı ayrıldı – FOTO
230098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
Bizim.Media xəbər verir ki, xüsusi pul mükafatı yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.
Xüsusi pul mükafatının məbləği 1500 manatdır.
Qeyd edək ki, könüllülər şəxsiyyət vəsiqələri ilə istənilən "Kapital Bank" filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22-də keçirilib. COP29-da ümumilikdə 3 minə yaxın könüllü iştirak edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































