Hamımız bezmişik-
 Araşdırmaçı yazar

Hamımız bezmişik- Araşdırmaçı yazar

Hazırda oxunan: Hamımız bezmişik- Araşdırmaçı yazar

74099
  

Son günlər ermənilərin ölkəmizin əleyhinə başlatdığı “ Yazıqlıq”x9d kampaniyasıyla bağlı çoxlu internet saytlarıni izləyir, media portallarıyla bərabər, güc strukturlarının saytlarını, eləcə də  erməni və ermənipərəst saytları nəzərdən keçirirəm.

Dünən də elə Müdafiə Nazirliyinin saytına baxanda diqqətimi  elan xarakterli bir  yazı cəlb etdi-“Vətən uğrunda”x9d hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin keçirlməsi haqqında məlumat idi.

             Çox sevindim, həm vətəndaş olaraq, həm ana olaraq:

“Efir məkanını zəbt edən, insanı musiqidən iyrəndirən bayağı “sənətçi”x9dlər və elə öz zövqalərində   olan aparıcıların onları ağız dolusu təriflərindən bezən bir vaxtımızda belə bir layihənin   həyata keçirilməsi lap yerinə düşür"-deyə düşündüm.

Gəlin açıq danışaq, hamımız bezmişik. Amma, hamımız “El içində”x9d, “Gündəlik Mətanətlə”x9d, və sair və ilaxır verilişlərə baxmaqla vaxt öldürürük. (Məndən və mənim kimi düşünən soydaşlarımdan uzaq)

Sanki, hansısa  qüvvənin əli bir vaxtlar ən samballı, verilişləri, xanım-xatın qadın,  dəyanətli, mədəniyyətli kişi aparıcıları ilə göz oxşayan efirimizə uzanıb, millətin zövqünü korlamaq üçün dəridən, qabıqdan çıxır.

Çoxluq narazıdır,amma hamı izləyir, hamı Elgizi, Mətanəti gözləyir. Qəribə olan bilirsinizmi nədir?

Bu mənasız verilişlərə sponsorluq etmək istəyənlərin də maşallah sayı, hesabı yoxdur.

Amma, durum gedək bir şirkətin, bir iş adamının qapısına ki, əlimdə vətənpərvərlik mövzusunda bir əsər, bir ssenari var onu çap etdirmək, və ya həmin ssenariyə film çəkmək istəyirəm vallah, bir yox, beş dəsmal götürüb, göz yaşını Amu-Dəryaya çevirərlər.( neçə ki, ağlayırlar)

Di gəl ki,belələri  problemlər içində çabalayan insanların düşdükləri vəziyyətdən özlərinə reytinq qazanmaq üçün şou düzəldən TV-lərə yetərincə ciblərini açmağa xəsislik etmirlər.

Allah Musa Cəlilə rəhmət eyləsin, necə də gözəl deyib:                                        

                                    "Dəmir işlədikcə par-par parıldar.

                                     Palçıq ocaq üstə bişir, daşlaşır.

                                     Kimin ki qəlbində Vətən eşqi var, 

                                     Vətən torpağında vətəndaşlaşır"

Amma, biz vətəndaşlaşmırıq, manqurtlaşırıq. Kimsə məndən inciməsin. Fakt faktlığında qalır. İnkar etsək belə, bu bizik-tariximizi, mədəniyyətimizi unutmağa çalışıb, düşmənin dəyirmanında dən üyütməkdən ləzzət alanlar.

Söhbətimin girişinə MN-nin yeni layihəsiylə başladım. Amma, söhbətin yönü TV məkana gəlib çıxdı. Bu da boşuna deyil. Dediklərimin məqsədi var:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir. 
Müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi- vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər. Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcəkdir. 
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videorolikini elektron ünvana göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya [email protected] elektron ünvanına göndərmək olar.
Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək və hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elktron səs vermək imkanına malik olacaqdır.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcəkdir.Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdə şəhərlərində keçiriləcək. 
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci il tarixədək qeydiyyatdan keçmək vacibdir.”x9d

Niyə müsabiqə elanından bəndi məqaləyə saldım, bilirsinizmi?

Bu müsabiqənin nə qədər önəmli olduğunun fərqinə hər birimizin varmağı üçün,bu müsabiqəyə qatılacaq insanlara dəstək olmaq üçün. Ola bilər ki, adı çəkilən rayonların ən ucqar kəndlərində istedadı olan, amma müsabiqəyə qatılmaq üçün imkanı olmayanlar olacaq. O insanlar  efirlərdə “Maral, maral, maral”x9d oxumayacaqlar, onlar “Toylar krali”x9d və ya “ kraliça”x9dsı  və yaxud da  “Maral Tahirqızı”x9d olmayacaqlar.

Onlar “İgid əsgər möhkəm dayan”x9d, “Marş irəli”x9d, “Azərbaycan əsgəri”x9d və usaqdan böyüyə hamımızm hərdənn dodaqaltı zümzümə etdiyimiz “Cənab leytenant”x9d mahnılarını ərsəyə gətirən sələflərinin varisləri  olaraq əllərinə mikrafon alacaqlar.

Onlar izləyicilərə, dinləyicilərə Azərbaycanın, (hansı ki, iyirmi faiz torpağı düşmən tapdağındadır) vətənpərvər övladları olaraq, nisgilli vətəni vəsf edəcək musiqi əsərləri  və ifalarıyla ilə təqdim olunacaqlar.

Dəyərli nazirimiz cənab Zakir Həsənovun Müdafiə Nazirliyinə rəhbərliyə təyin olunduğu gündən Milli Ordudakı dəyişiklik, nizam-intizam, beynəlxalq hərbi əməkdaşlıq, NATO ilə, İkitərəfli əməkdaşlıq,MDB çərçivəsində əməkdaşlıq, ATƏT və BQXK ilə əməkdaşlıq və digər sahələrdəki irəliləyişlər göz qabağındadır. Bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu artıq təsdiq edir.

Bu müsabiqə ideyası da cənab nazirin Milli Orduya olan inamın, orduya xidmətə çağrılan və eləcə də tələbə gənclərin vətnpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edən ideyalarından  biridir.

Bu gün  gənclərimizdə vətənpərvərlik hissinin yüksəldilməsi, hərbi kadr potensialının artırılması yönündə belə müsbiqələrin əhəmiyyəti böyükdür.

“Vətən vətəni sevəni sevər.”x9d

Bəlkə də elə ona görədir ki, Vətəni sevənlərə vətənsevərlər deyirlər.

Vətənsevərlik brend mağazalarda, ən böyük market şəbəkələrində satılmır. Vətənsevərlik içdən, ruhdan gəlməlidir.

Vətənsevərlik qrant sevməz”¦

Sənə üzümü tuturam əziz oxucu:

Torpaqlarının iyirmi faizi düşmən əlində olan bir məmləkətdə hansı mahnılar daha çox dinlənilməlidir:

“Maral, maral, maral”x9d, yoxsa “Cənab leytenant”x9d?

Nə zamana kimi ki,  bu suala içdən gələn cavabı verə bilməyəcəyik, bizim şəstlə “mən Azərbaycan  övladıyam”x9d deməyə haqqımız yoxdu.

 

Xalidə Xalid

Araşdırmaçı-yazar

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO