Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış - Hadisənin detalları

Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış - Hadisənin detalları

Hazırda oxunan: Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış - Hadisənin detalları
635563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə 24 yaşlı gənc oğlanı hərəkətdə olan sərnişin qatarı vuraraq öldürüb.

Bizim.Media “gencexeber.az”a istinadla xəbər verir ki, hadisə Bakı–Böyük Kəsik–Gürcüstan dəmir yolu xəttinin rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

2002-ci il təvəllüdlü Rahil Vəliyev dəmir yolu xəttində olarkən Tbilisi–Bakı istiqamətində hərəkət edən sərnişin qatarının vurması nəticəsində ağır xəsarətlər alıb. Gənc hadisə yerində həyatını itirib. Mərhumun yaxınlarının sözlərinə görə, Rahil dəmir yolu xəttinin üzərinə oturub və başı mobil telefonuna qarışıb.

Mərhumun qohumu Fərman Əliyev bildirib ki, Rahil sakit və zəhmətkeş insan olub.

Hadisə ilə bağlı Azərbaycan Dəmir Yolları QSC (ADY) də məlumat yayıb. Qurumun açıqlamasında qeyd olunub ki, hadisə gecə saat 02:00 radələrində Zəyəm–Dəllər sahəsində baş verib.
 

Məlumata görə, 135 km/saat sürətlə hərəkət edən Tbilisi–Bakı qatarının qarşısına qəfil bir nəfər çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə həmin şəxs həyatını itirib.


Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO