
- A-
- A
- A+
Dünya
17:48 / 14.10.2022
1 dəq oxunma
Van Qoqun 82 milyonluq əsərinin üzərinə şorba atıldı - VİDEO
Hazırda oxunan: Van Qoqun 82 milyonluq əsərinin üzərinə şorba atıldı - VİDEO
99322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Böyük Britaniyanın paytaxtı Londonda ekologiya fəalları Vinsent van Qoqun məşhur "Günəbaxanlar" rəsminə qarşı vandallıq aktı törədib.
Bizim.Media xəbər verir ki, insident London Milli Qalereyasında baş verib.
Qeyd olunur ki, "Neftə son verin" yazılı geyimdə iki nəfər rəsmin üzərinə şorba atıb, daha sonra özlərini yapışqanla qalereyanın divarına yapışdırıblar.
Polis həmin şəxsləri saxlayıb. İnsident nəticəsində rəsmin ciddi ziyan görmədiyi bildirilib.
V. van Qoqun 1888-ci ildə çəkilmiş əsərinin qiyməti 82 milyon dollar dəyərində ölçülür.
London Milli Qalereyasında saxlanılan rəsm həmin əsərin 5 mövcud versiyasından biridir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































