“Bu tarixi hadisədir”x9d.
Müşahidəçi statusuna malik Fələstinin bayrağı bu gün BMT-nin mənzil-qərargahında ucaldılıb.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Fələstin xalqının adından mən bu bayrağı BMT-də qaldırıram. Bu tarixi hadisədir. 30 sentyabr Fələstin bayrağı günü olacaq”x9d - Fələstin lideri Mahmud Abbas bəyan edib.
BMT-nin baş katibi Pan Qi Mun bildirib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.
Bundan əvvəl, BMT-nin Baş Assambleyası BMT-nin üzvü olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.





























































































