ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub – FOTO

ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub – FOTO

Hazırda oxunan: ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub – FOTO

638741

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə “UI GreenMetric World University Rankings” üzrə 2026-cı ilin nəticələri açıqlanıb. 

2026-cı il üzrə yeni nəticələrə əsasən, ADNSU Azərbaycan üzrə dayanıqlılıq inkişaf göstəricisinə görə 22 universitet arasında birinci sırada yer alıb.

ADNSU, həmçinin regionun ən fəal universiteti elan olunub.

Qeyd edək ki, ümumilikdə dünyanın 110 ölkəsindən 2016 universitet reytinqə daxil olub.
 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı yerlə ölkə üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.


Bununla yanaşı, ADNSU Dayanıqlı Universitetlər Reytinqi Şəbəkəsində ön sırada qərarlaşıb. Bu nəticə universitetin dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO