Azərbaycanı Macarıstanla birləşdirən enerji dəhlizi – Bu tarixdə HAZIR OLACAQ

Azərbaycanı Macarıstanla birləşdirən enerji dəhlizi – Bu tarixdə HAZIR OLACAQ

Hazırda oxunan: Azərbaycanı Macarıstanla birləşdirən enerji dəhlizi – Bu tarixdə HAZIR OLACAQ

638725

“Azərbaycan və Macarıstanı birləşdirən enerji dəhlizi 2032-ci ilə qədər yekunlaşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən "Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi" adlı panel müzakirəsi zamanı deyib.
 

Onun sözlərinə görə, Azərbaycanı Macarıstanla birləşdirəcək enerji dəhlizi Avropada elektrik enerjisi üzrə ötürmə sistemləri operatorlarını birləşdirən ENTSO-E-nin 10 illik Şəbəkənin İnkişaf Planının layihəsinə vahid layihə kimi daxil edilib.


Nazir qeyd edib ki, geniş rəqəmsallaşma, urbanizasiya, qaz tələbatının artması, yeni enerji mənbələrinin inkişafı və inteqrasiyası, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti elektrik enerjisi interkonnektorlarının və transsərhəd enerji strategiyalarının əhəmiyyətini artırır.

"Dünyada ümumi gücü 2 500 giqavatdan çox olan enerji, sənaye və infrastruktur layihələrinin elektrik şəbəkəsinə qoşulmaq üçün gözləmədə olması yaşıl enerjiyə keçidi sürətləndirmək məqsədilə şəbəkə infrastrukturunun və regional interkonneksiyaların gücləndirilməsinə təcili ehtiyac olduğunu göstərir.

Regional enerji interkonneksiyalarının inkişafı isə öz növbəsində əhəmiyyətli həcmdə investisiyanın səfərbər edilməsini, hökumətlərin, beynəlxalq maliyyə institutlarının və, əlbəttə ki, özəl sektorun birgə iştirakını tələb edir", - o qeyd edib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO