Ukrayna hərbçiləri Xersona raket zərbəsi endirdi - Sabiq deputat öldü - VİDEO

Ukrayna hərbçiləri Xersona raket zərbəsi endirdi - Sabiq deputat öldü - VİDEO

Hazırda oxunan: Ukrayna hərbçiləri Xersona raket zərbəsi endirdi - Sabiq deputat öldü - VİDEO

95663

Ukrayna hərbçilərinin HİMARS vasitəsilə atdığı raket Xersonda RT-nin hərbi müxbiri Murad Qazdiyevin çəkiliş qrupunun qaldığı otelə düşüb.

Bizim.Media xəbər verir ki, zərbə nəticəsində operator beton plitələrin arasında qalıb.

"Gördüyünüz kimi, otaqdan heç nə qalmayıb, mən bu yerdə yatmışdım" deyə Qazdiyev vurğulayıb.

Həmçinin partlayış nəticəsində otelin yanında dayanan avtomobillərə də ziyan dəyib.

Xatırladaq ki, otelə iki raket atılıb, onlardan biri havada vurulub. İlkin məlumatlara görə, Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravko dünyasını dəyişib.

“Unutmayın, Ukrayna hər zərbənin Vaşinqtonla razılaşdırıldığını demişdi. Bu o deməkdir ki, Birləşmiş Ştatlar Juravkoya, mülki vətəndaşların və jurnalistlərin yaşadığı otelə zərbə endirmək barədə razılığa gəlib”, - deyə Qazdiyev qeyd edib.

Bizim.Media
 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO