Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Hazırda oxunan: Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

93266

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Rusiya ilə danışıqlara hazır deyil.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya CNN telekanalında yer alıb.

“Bu gün yox. Mən onların (Rusiya) konstruktiv istəyini görmürəm”. O, nəşrə müsahibəsində müvafiq sualı cavablandırıb. 

“Bu mənim prinsipimdir, ultimatum qoyanlarla danışmıram”, - deyə Zelenski əlavə edib.

Prezident “sona qədər mübarizə aparacaqsanmı?” sualına da müsbət cavab verib. “Bilirəm ki, bəzi ölkələr bizi Minsk prosesi istiqamətinə sövq edir. Minsk danışıqları boş kağız parçasıdır”, - deyə Zelenski bildirib.

O, əlavə edib ki, Rusiya Ukrayna ərazilərini tərk etdikdən sonra iki ölkə arasında saziş bağlana bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir.

Eyni zamanda o bildirib ki, danışıqlar prosesi nə qədər təxirə salınsa, tərəflərin razılığa gəlməsi bir o qədər çətinləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO