Rusiya ordusu Ukraynaya raket zərbələri endirdi – Ölkənin bir hissəsi işıqsız qalıb

Rusiya ordusu Ukraynaya raket zərbələri endirdi – Ölkənin bir hissəsi işıqsız qalıb

Hazırda oxunan: Rusiya ordusu Ukraynaya raket zərbələri endirdi – Ölkənin bir hissəsi işıqsız qalıb
93264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusu Xarkovun və vilayətin müxtəlif rayonlarının infrastruktur obyektlərinə raket zərbələri endirib. Nəticədə elektrik enerjisinin verilməsi dayandırılıb. Poltava və Sumı vilayətlərində də elektrik təchizatında problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Suspilne Xarkiv” nəşrində yer alıb.

Mənbə yazır ki, Xarkov sakinləri şəhərin müxtəlif yerlərində elektrik enerjisinin verilmədiyini bildirirlər. Lozovada da elektrikin olmadığını deyirlər.

Xarkov şəhərinin meri İqor Terexov rusların Xarkovda infrastruktur obyektlərinə zərbə endirdiyini təsdiqləyib:

"Həmin rayonlarda içməli su da yoxdur, çünki nasoslar işləmir. Bu, rus təcavüzkarının alçaq və kinli qisasıdır. Ordumuzun cəbhədə, xüsusən Xarkov vilayətində qazandığı uğurlara bir cavabdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO