Ukrayna

Ukrayna "Bayraktar"la 3 günə Rusiyanın 26,5 mln. dollarlıq hərbi texnikasını MƏHV EDİB

Hazırda oxunan: Ukrayna "Bayraktar"la 3 günə Rusiyanın 26,5 mln. dollarlıq hərbi texnikasını MƏHV EDİB

91865

Ukrayna hərbi qüvvələri "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) ilə üç gün ərzində 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı "Telegram"da məlumat verib.

"Üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək bir cüt Bayraktar TR-2 PUA -sı düşmənin təqribən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar 8 ədəd T-72 tankıdır (birinin təxmini dəyəri 3 milyon dollardır). Bir ədəd özüyeriyən artilleriya qurğusu "Akatsiya" (1,6 milyon dollar), piyadaların döyüş maşınları (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar)” - deyə Zalujnı bildirib.

Həmçinin 1,85 milyon dollar dəyərində beş T-72 tankı və bir BMP-nin zədələndiyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO