Zelenski cəbhədəki vəziyyətlə bağlı gizli görüş keçirdi

Zelenski cəbhədəki vəziyyətlə bağlı gizli görüş keçirdi

Hazırda oxunan: Zelenski cəbhədəki vəziyyətlə bağlı gizli görüş keçirdi

90861

Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik qüvvələri ilə gizli görüş keçirib. Onlar cəbhədəki vəziyyəti və Ukrayna ordusunun ehtiyaclarını müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna prezidentinin ofisinə istinadən yayıb.

İclasda Silahlı Qüvvələrin, kəşfiyyat, müdafiə və daxili işlər nazirliklərinin, təhlükəsizlik xidmətinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

“Gizli” rejimdə keçirilən görüşdə cəbhədəki vəziyyətlə bağlı operativ məlumatlar dinlənilib, təhlükəsizlik və müdafiənin digər məsələlərinə baxılıb. Ordunun təminatı və tərəfdaşlarla koordinasiya məsələləri də müzakirə edilib.

Bundan əlavə, Zelenski və təhlükəsizlik qüvvələri əvvəlki əmrlərin icrasını nəzərdən keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO