Rusiya ordusu Xarkov, Rovno və Nikolayevi atəşə tutdu

Rusiya ordusu Xarkov, Rovno və Nikolayevi atəşə tutdu

Hazırda oxunan: Rusiya ordusu Xarkov, Rovno və Nikolayevi atəşə tutdu

90855

Bazar günü, avqustun 28-də Xarkovda silsilə partlayışlar baş verib.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Xarkov Vilayət Şurasının rəhbərinin müşaviri Nataliya Popova yayıb.

“Xarkova zərbələr endirildi. Ola bilsin ki, şəhərin mərkəzinə düşüb. Hamı gizlənir”, deyə o, Telegram-da yazıb.

Həmçinin avqustun 28-i axşam Rovno vilayətində bir neçə partlayış baş verib.

Yerli media hadisə şahidlərinə istinadən yazır ki, bölgənin şimalında partlayış səsləri eşidilib. Telegram kanalları yazır ki, azı iki güclü partlayış olub. Sarnı şəhərində isə dəmiryol stansiyasına mərmi düşüb.

Partlayışlar Nikolaevdə də qeydə alınıb. Vilayətdə hava həyəcanı verilib. Partlayışların səbəbləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO