Putin Zelenski ilə görüşə razılıq verib?

Putin Zelenski ilə görüşə razılıq verib?

Hazırda oxunan: Putin Zelenski ilə görüşə razılıq verib?

89250

Vladimir Putin Soçidə Türkiyə prezidenti ilə görüşdə Vladimir Zelenski ilə danışıqların mümkünlüyünə “eyham vurub”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN Türk telekanalı yayıb.

Mənbə yazır ki, Rusiya tərəfi öncə təkid edirdi ki, əvvəlcə nümayəndə heyətləri səviyyəsində razılaşma hazırlansın, yalnız bundan sonra Putinlə Zelenski arasında görüş keçirilsin:

“İndi isə yanaşma dəyişib. Əvvəlcə liderlər yol xəritəsini müzakirə etməli, sonra isə nümayəndə heyətləri bu yol xəritəsini üzərində işə başlamalıdırlar".

CNN Türk qeyd edir ki, bu, müharibənin dayandırılması hesab edildmir, daha çox atəşkəs razılaşmasına bənzəyir.
Mənbə vurğulayır ki, bu cür danışıqların perspektivi Ukrayna prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə bu gün Lvovda keçiriləcək görüşdə nə deyəcəyindən asılıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO