Taxıl yüklü gəmi İstanbuldan Livana doğru yola çıxdı

Taxıl yüklü gəmi İstanbuldan Livana doğru yola çıxdı

Hazırda oxunan: Taxıl yüklü gəmi İstanbuldan Livana doğru yola çıxdı

86810

Rusiya-Ukrayna böhranı başladıqdan sonra Ukraynadan hərəkət edən taxıl yüklü ilk gəmi İstanbulda yoxlanıldıqdan sonra Livana doğru yola çıxıb.

Bizim.Media xəbər verir ki, gəmi Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 1-də Odessadan hərəkətə başlayıb.

Syerra-Leone bayrağı altında üzən və 27 min ton qarğıdalı daşıyan “Razoni" adlı quru yük gəmisi İstanbulun Boğaziçi sahillərində birgə nümayəndə heyəti tərəfindən yoxlanılıb. Sonra Livana doğru yola çıxıb.
İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar üzrə yola çıxması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO