Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

Hazırda oxunan: Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

86011

Fors-major hadisə baş verməzsə, bu gün - iyulun 29-da Ukraynanın Odessa limanından taxıl dolu ilk gəmi yola düşəcək. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Ukraynadan gün ərzində yola salınacaq taxıl dolu ilk gəminin Somaliyə göndəriləcəyi gözlənilir. Gəmi 6 həftəyə Somali limanına yetişəcək. 

Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını mühasirəyə alması səbəbindən taxıl dolu gəmilərin nəzərdə tutulan istiqamətə göndərilməsi mümkün deyil.

Türkiyə ilə BMT-nin Rusiya və Ukrayna arasında danışıqlar nəticəsində mühasirənin götürülməsinə nail olunub. Danışıqlara əsasən, Rusiya gübrələri də Qara dənizdəki limanlardan təyinatı üzrə göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO