Ukraynadakı müharibəyə qarşı çıxan rusiyalı jurnalist tutuldu - FOTO/VİDEO

Ukraynadakı müharibəyə qarşı çıxan rusiyalı jurnalist tutuldu - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynadakı müharibəyə qarşı çıxan rusiyalı jurnalist tutuldu - FOTO/VİDEO

84132

“Birinci Kanal”ın canlı efirində Rusiyanın Ukraynaya qarşı müharibəsinə etirazı ilə yadda qalan jurnalist Marina Ovsyannikova polis tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yerləşdirilib.

Rusiya mətbuatı daha əvvəl xəbər vermişdi ki, ona qarşı Rusiya Silahlı Qüvvələrinə aid saxtakarlıqlarla bağlı iş açıla bilər.

Xatırladaq ki, Ovsyannikova bir neçə ay Avropada (Almaniya) qaldıqdan sonra bu yaxınlarda Rusiyaya qayıdıb.

Qeyd edək ki, bir neçə gün Marina yenidən müharibə əleyhinə posterlə çıxıb. Düzdür, bu dəfə efirdə yox, sadəcə olaraq Moskvanın mərkəzindəki sahildə görüntülənib.

Posterdə isə “Putin qatil, əsgərləri isə faşistdir. Yenə nə qədər uşaqlar ölməlidir ki, siz dayanmalısınız” sözləri yazılıb.

Bizim.Media
 

 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO