Ukrayna ordusu iki istiqamətdə rusların hücumlarını dəf etdi

Ukrayna ordusu iki istiqamətdə rusların hücumlarını dəf etdi

Hazırda oxunan: Ukrayna ordusu iki istiqamətdə rusların hücumlarını dəf etdi

84124

Ukrayna Baş Qərargahının saat 18:00-a olan xülasəsinə görə, Ukrayna Silahlı Qüvvələri rusların Slavyansk və Baxmut istiqamətindəki hücumlarını dəf edib və onlara itki verib.

Bizim.Media xəbər verir ki, Donetsk istiqamətində düşmən əsas səylərini Seversk şəhəri üzərində nəzarəti bərqərar etmək və Baxmut şəhəri istiqamətində irəliləmək istəyib.

Slavyan istiqamətində ruslar Donetsk, Siversk, Verxnekamenskoye, Zvanovka, Vyemka, İvano-Daryevka və digər yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar.

Qriqorovka yaxınlığında düşmən hücumunun qarşısı Ukrayna əsgərləri tərəfindən tez bir zamanda alınıb. Ruslar itki verərək geri çəkiliblər.

Baxmut istiqamətində düşmən Ukrayna qoşunlarının mövqelərini minaatanlardan, toplardan və raket artilleriyasından, xüsusən də Berestovye, Veseli, Krasnaya Qora, Verşina, Novoluqanskoye, Travnevoy yaxınlığındakı mövqelərini atəşə tutub. Konstantinovka, Novoluqanski və Pokrovski ərazilərinə raket və hava zərbələri endirilib.

“Ruslar Berestovoye, Beloqorovka, Yakovlevka və Novoluqanski yaxınlığında hücuma keçərək irəliləməyə çalışıblar. Nəticədə şəxsi heyət itki verib", deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO