Donetsk vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı - VİDEO

Donetsk vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı - VİDEO

Hazırda oxunan: Donetsk vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı - VİDEO

83175

Ukraynanın Donetsk vilayətinin Çasovoy Yar şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən yayıb.

"Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirilməsi nəticəsində 15 nəfər ölüb, 5 nəfər yaralanıb", - məlumatda deyilir.

Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin 67 nəfəri və 10 texnikası cəlb olunub.

Xatırladaq ki, şənbə günü axşam saatlarında Rusiya hərbçiləri Donetsk vilayətinin Çasovoy Yar şəhərində yaşayış binasını “Uraqan”dan atəşə tutub. Faktı ilk dəfə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko açıqlayıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO