Kiyevin səmasını ABŞ-ın raket sistemi qoruyacaq - VİDEO

Kiyevin səmasını ABŞ-ın raket sistemi qoruyacaq - VİDEO

Hazırda oxunan: Kiyevin səmasını ABŞ-ın raket sistemi qoruyacaq - VİDEO

83160

Ağ Evi qoruyan hava hücumundan müdafiə sisteminin köməyi ilə Kiyevin səması qorunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukraynaya məxsus Telegram kanalında yer alıb.

Mənbə yazır ki, bundan əvvəl ABŞ NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcəklərini açıqlamışdı. Məhz bu hava hücumundan müdafiə sistemi ABŞ-da paytaxt Vaşinqtonda Ağ Ev və Kapitoliya ətrafındakı strateji əhəmiyyətli hava məkanını qorumaq üçün istifadə olunur.

NASAMS 12 saniyə ərzində 72 raket atıb təyyarələri, helikopterləri və qanadlı raketləri vura bilir.

Vaşinqton çox güman ki, Rusiyanın Kiyevə, qərar qəbul edən mərkəzlərə raket hücumlarını bərpa etməsindən qorxuya düşüb. Bu baxımdan paytaxtı hava hücumundan müdafiə etmək qərarına gəlib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO