Ukrayna hərbçiləri Lisiçansk şəhərindən geri çəkildilər

Ukrayna hərbçiləri Lisiçansk şəhərindən geri çəkildilər

Hazırda oxunan: Ukrayna hərbçiləri Lisiçansk şəhərindən geri çəkildilər

82120

Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər. Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və ona bitişik bir sıra ərazilər tam nəzarətə götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO