Rusiya Ukraynanın itkilərini açıqladı - 1430 PUA vurulub

Rusiya Ukraynanın itkilərini açıqladı - 1430 PUA vurulub

Hazırda oxunan: Rusiya Ukraynanın itkilərini açıqladı - 1430 PUA vurulub
81997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Nikolayev vilayətinin Yavkino yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 hərbi təyyarəsi vurulub.

İ.Konaşenkov ötən gün Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatının vurulduğunu da söyləyib.

Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb:

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 227 təyyarə, 134 helikopter, 1430 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3886 tank və digər zirehli döyüş maşını, 702 reaktiv yaylım atəşli qurğusu, 3073 səhra artilleriya qurğusu və minaatan, 3954 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO