Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Hazırda oxunan: Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT
81364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycana qarşı növbəti təxribat törədib. 

Bizim.Media xəbər verir ki, erməni millətçilərinin bu qatı dəstəkçisi bədnam David Babayanı (Qarabağdakı qondarma “Arsax” rejiminin “xarici işlər naziri”) özünün “Tam əlaqə” verilişinin efirinə gətirib.

Üstəlik, onu “Dağlıq Qarabağın Xarici İşlər Naziri” kimi təqdim edib. O isə dərhal vəziyyətdən istifadə edərək deyib ki, “Arsax” Azərbaycanın tərkibində olmayacaq, ermənilər minilliklər boyu burada yaşayıb, Qarabağ həmişə erməni torpağı olub. 

Bir sözlə, Solovyov Azərbaycanın ərazi bütövlüyünə qarşı sistemli hücumlarına görə hazırda bloklanan “RİA Novosti” saytı ilə eyni şeyi edib. 

Yəni Vladimir Solovyov Azərbaycana qarşı təxribatını Rusiya XİN rəhbərinin səfəri zamanı Bakıda Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi haqqında saziş imzalanandan bir neçə gün sonra həyata keçirib. 

Xatırladaq ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində Rusiyanın “RİA Novosti” agentliyinin saytına giriş məhdudlaşdırılıb. Buna səbəb kimi agentliyin Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayması göstərilir.

Bununla da dövlət agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim edib.
“RİA Novosti”nin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi agentliyin bu hərəkətini pisləyən açıqlama yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO