Rusiya raketinin NƏTİCƏSİ: Kiyevdəki səfirliyimizin divarlarında çatlar genişləndi

Rusiya raketinin NƏTİCƏSİ: Kiyevdəki səfirliyimizin divarlarında çatlar genişləndi

Hazırda oxunan: Rusiya raketinin NƏTİCƏSİ: Kiyevdəki səfirliyimizin divarlarında çatlar genişləndi

81075

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi nəticəsində binanın divarlarında çatlar əmələ gəlib.

Bizim.Media xəbər verir ki. bu barədə Trend.az-a Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığına raket düşdü - VİDEO
 


"Səfirliyimiz 60-cı illərdə inşa edilən binada yerləşir. Bu bina keçmiş uşaq bağçası olub, sonra səfirliyimizin ehtiyaclarına uyğunlaşdırılıb. Artıq bir raket zərbəsi nəticəsində səfirliyin binasına ziyan dəymişdi. İki ay əvvəl səfirliyimizin yaxınlığına düşən güclü raket zərbəsi nəticəsində pəncərələr sınmışdı. Ancaq indi zərbə daha da yaxında olduğundan bir neçə pəncərə sındı, divarlardakı çatlar isə gənişləndi. Allaha şükürlər olsun ki, əməkdaşlarımız sağ-salamatdırlar”, - deyə səfir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO