Dnepropetrovskda 50-dən çox ukraynalı general və zabit öldürülüb – İqor Konaşenkov

Dnepropetrovskda 50-dən çox ukraynalı general və zabit öldürülüb – İqor Konaşenkov

Hazırda oxunan: Dnepropetrovskda 50-dən çox ukraynalı general və zabit öldürülüb – İqor Konaşenkov

79966

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini və 8 PUA-nı vurub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov yayıb.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini Nikolayev vilayətinin Çervonnaya Dolina rayonunda vurub:

“Bundan başqa, Xarkov vilayətinin Şaxtyor, Dementyevka, Qlubokoye, Zavodı, Çervonı qəsəbələrində, Xerson vilayətinin Krinitsa, Luqansk vilayətinin Popasnaya kəndlərində və Zmeyni adasında Ukraynaya məxsus 8 PUA vurulub”.

İ.Konaşenkov əlavə edib ki, dünən Rusiyanın “Kalibr” raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini atəşə tutub, nəticədə onlarla general və zabit həlak olub:

“Həmin vaxt komandanlıq məntəqəsində “Aleksandriya” əməliyyat-strateji hərbi qrupunun komanda heyətinin işçi iclası keçirilib. Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti, o cümlədən Baş Qərargahın nümayəndələri, Kaxovka qoşunlar qrupunun komandanlığı, Nikolayev və Zaporojye istiqamətlərində fəaliyyət göstərən aviasiya hücum bölmələri və birləşmələri məhv edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO