ABŞ-ın Ukraynaya verdiyi silahların adı və sayı açıqlandı - SİYAHI

ABŞ-ın Ukraynaya verdiyi silahların adı və sayı açıqlandı - SİYAHI

Hazırda oxunan: ABŞ-ın Ukraynaya verdiyi silahların adı və sayı açıqlandı - SİYAHI

79886

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya verilən silah və digər hərbi texnikanın siyahısını açıqlayıb.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bununla bağlı Pentaqonun saytında məlumat dərc edilib.

Qeyd olunur ki, indiyə qədər ABŞ hökuməti Ukraynaya 11,9 milyard dollarlıq hərbi yardım edib.

Bunun 5,6 milyard dolları Ukryana-Rusiya müharibəsi başlayandan sonraya təsadüf edir. 

ABŞ Ukraynaya aşağıdakı hərbi texnika və silahları təhvil verib:

- 1400-dən çox portativ zenit-raket kompleksi (PZRK) "Stinger"

- 6500-dən çox "Javelin" tank əleyhinə raket sistemi (ATGM)

- 20000-dən çox digər tank əleyhinə sistemlər

- 700-dən çox "Switchblade" taktiki dronları

- 126 155 mm M777 haubitsaları

- 155 mm kalibrli 260 min mərmi

- 155 mm-lik haubitsaları yedəkləmək üçün 108 taktiki maşın

- Avadanlıqların bərpası üçün 19 taktiki maşın

- Çoxlu buraxlışa malik raket sistemləri və onların döyüş sursatları

- 20 “Mi-17” helikopteri

- 200 “M113” zirehli personal daşıyıcısı

- 7000-dən çox atıcı silah, 50 milyon güllə, minalar, partlayıcı maddələr, gecəgörmə cuhazları

- 75 min dəst zirehli gödəkçə və dəbilqə

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO