Avropada 5 milyona yaxın ukraynalı qaçqın var - BMT

Avropada 5 milyona yaxın ukraynalı qaçqın var - BMT

Hazırda oxunan: Avropada 5 milyona yaxın ukraynalı qaçqın var - BMT

78501

Müharibə başlayandan bəri Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816 923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.

Bildirilib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidi qeydə alınıb və onlardan 2,3 milyon nəfəri ölkəsinə qayıdıb.

18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir. BMT QAK bildirib ki, Ukraynadakı müharibə "dünyanın ən böyük məcburi köçkün böhranlarından biri"nə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO