EİF təqdimat mərasimi keçirdi

EİF təqdimat mərasimi keçirdi

Hazırda oxunan: EİF təqdimat mərasimi keçirdi

77830
Elmin İnkişafı Fondu “Universitet qrantı”x9d və “Sənaye qrantı”x9d məqsədli müsabiqələrinin nəticələri ilə bağlı təqdimat mərasimi keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Universitet qrantı”x9d və “Sənaye qrantı”x9d məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı Bakı şəhərində “Hilton-Baku”x9d hotelinin “Yaqut”x9d zalında 14 may 2015-ci il tarixində təqdimat mərasimi keçirilib.

Elmin İnkişafı Fondunun təşkil edərək keçirdiyi qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər. Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant layihələrinə isə müsabiqələr zamanı üstünlük verilir.

Təhsil müəssisələri Elmin İnkişafı Fondunun qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2014-cü illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 17 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 315 qalib qrant layihəsinin 94-nün (ümumi sayın 29.84%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 14.22%-ni təşkil edir) rəhbərləri 19 təhsil müəssisəsini (14 universitet, 4 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 315 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 21.5%-i ali təhsil qurumlarına aiddir.

Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, Elmin İnkişafı Fondunun Himayədarlar Şurası və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub və 2014-cü ilin 3 noyabr tarixində ilk dəfə olaraq “Universitet qrantı”x9d müsabiqəsi elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 min manat manat nəzərdə tutulub .

Müsabiqəyə 37 layihə daxil olub, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub, ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Nəticələr Elmin İnkişafı Fondunun Himayədarlar Şurasında ciddi müzakirələrdən keçib, ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1) yerinə yetiriləcək. Layihələr 12, 18 və 24 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində çalışan
yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır, 2 layihə isə Gəncə şəhərində yerinə yetiriləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Universitet qrantı”x9d müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

Elmin İnkişafı Fondu bir sıra Dövlət Proqramlarının icrasında da uğurla iştirak edir. “Sənaye qrantı”x9d məqsədli müsabiqəsi “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”x9d elan edilməsi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”x9d elan edilməsi ilə bağlı Tədbirlər Planı”x9dnın “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”x9d bölməsinin “Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi”x9d maddəsinə uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib.

“Sənaye qrantı”x9d müsabiqəsi Fond tərəfindən 2014-cü ilin 27 oktyabr tarixində elan edilib və bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 min manat nəzərdə tutulub. Müsabiqə elmi prioritetlər əsasında keçirilib (sənayenin elmi-nəzəri və texnoloji problemləri; sənayenin modernləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması və qeyri-neft sənayesinin şaxələndirilməsi problemləri; ölkə sənayesinin innovasiya və investisiya potensialının yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanları və innovasiyalar əsasında inkişafı təmin edəcək imkanların formalaşdırılması, ölkə sənayesinə daxili və xarici investisiyaların cəlb edilməsi problemləri və s.).

Müsabiqəyə 38 layihə daxil olub, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub, Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər layihələri qiymətləndirib, son nəticələr isə Fondun Himayədarlar Şurası tərəfindən müzakirə edilib. Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat və digər qurumlardan, QHT-lərdən, sənaye ilə əlaqəli qurumlardan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edib.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

Ümumi maliyyələşdirmə həcmi 480 min manat olmaqla 6 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (1), AMEA Aşqarlar Kimyası institutunda (1), AMEA Kataliz və Qeyri-üzvi Kimya institutunda (2), AMEA Təcrübə-Sənaye zavodunda (1) və AMEA Neft-Kimya Prosesləri institutunda (1) yerinə yetiriləcək. Layihələr 12 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə 37 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır. Bir sıra layihələr

digər qurumlar ilə (AMEA Geologiya və Geofizika institutu, “İSRA-Group”x9d MMC) birlikdə yerinə yetiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO